Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndi şəhərində silsilə tədbirlər keçirilib.
Şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan konsert proqramından sonra Xankəndi səmasında möhtəşəm atəşfəşanlıq olub. Rəngarəng fişənglərin yaratdığı mənzərə şəhərin gecə səmasını işıqlandırıb.
18:18
Sentyabrın 20-də Xankəndi şəhərində Xankəndi, Xocalı və Ağdərə günləri münasibətilə konsert proqramı keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Xankəndi, Xocalı və Ağdərəyə dair hazırlanmış videoçarxı izləyiblər. Sonra tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlayıb.
Konsertdə Azərbaycanın Xalq artistləri və tanınmış müğənniləri səhnə alaraq, seçilmiş musiqi nümunələrini ifa ediblər. Mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Xankəndi, Xocalı və Ağdərə günləri ilə bağlı keçirilən tədbirlər həmin ərazilərin tarixi-mədəni irsinin, milli dəyərlərinin və müasir inkişafının diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsert atəşfəşanlıqla başa çatacaq.
Demokrat.az