Ramiz Mehdiyevin yaxın adamı Elmira Axundova ittihamlara belə CAVAB VERDİ

GÜNDƏM 21 oktyabr 2025, 16:05
Mediada yer alan məlumatlara görə, Xalq yazıçısı, keçmiş səfir Elmira Axundova da Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olub. Məhz Ramiz Mehdiyevin dəstəyi ilə Elmira Axundova Azərbaycanın Ukraynaya səfiri təyin edilmişdi. 

Qeyd edilir ki, onun Ukrayna səfir təyin edilməsindən sonra Ramiz Mehdiyevin Ukraynadakı biznesi “çiməklənməyə” başlayıb.

Məsələ ilə bağlı Elmira Axundova Demokrat.az-a açıqlamasında bu cür ittihamların əsassız olduğunu bildirib:

“Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir, bu, tam qərəzli və uydurmadır. Özü də gülməli, ciddi və özünə hörmət edən jurnalistlərə yaraşmayan uydurmadır. Belə uydurmalara ancaq və ancaq gülmək olar. Səfirləri Ramiz Mehdiyev deyil, cənab Prezident təyin edir”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top