“İndiki halda sərhədlərin açılması qeyri-mümkündür” — Deputat

GÜNDƏM 21 oktyabr 2025, 16:00
“Zamanla quru sərhədlərlə bağlı qərar veriləcək, səbrli olmalıyıq”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. 

O bildirib ki, hazırda bu məsələ aktual deyil:
“Quru sərhədlərinin bağlı qalması təkcə Rusiya ilə bağlı deyil, ümumi təhlükəsizliklə bağlıdır. 

Hələ ki, bölgəmizdə, dünyada qarşıdurmalar davam edir. Belə olduğu halda, qısa zamanda sərhədlərin açılması qeyri-mümkündür. 

Hesab edirəm ki, səbrli olmalıyıq, gözləməliyik. Zamanla bu məsələyə baxılacaq”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top