Gündəm Özəl

“İndiki halda sərhədlərin açılması qeyri-mümkündür” — Deputat

“İndiki halda sərhədlərin açılması qeyri-mümkündür” — Deputat

“Zamanla quru sərhədlərlə bağlı qərar veriləcək, səbrli olmalıyıq”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, hazırda bu məsələ aktual deyil: “Quru sərhədlərinin bağlı qalması təkcə Rusiya ilə bağlı deyil, ümumi təhlükəsizliklə bağlıdır.

Hələ ki, bölgəmizdə, dünyada qarşıdurmalar davam edir. Belə olduğu halda, qısa zamanda sərhədlərin açılması qeyri-mümkündür.

Hesab edirəm ki, səbrli olmalıyıq, gözləməliyik. Zamanla bu məsələyə baxılacaq”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova