Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Mehdiyev xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Məlumata görə, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:
* 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;
* 274-cü maddə – dövlətə xəyanət;
* 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).