2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri elan olundu

MƏDƏNİYYƏT 06 sentyabr 2025, 12:24
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Namizədlər nəticələrlə qeydiyyat etdikləri "MyCulture" vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 sentyabr 2025, 14:51
Top