Quba rayonunda 57 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 9-da Quba şəhəri, Əzizbəyov küçəsində baş verib.
1968-ci il təvəllüdlü Əhməd həmin gün saat 19 radələrində yaşadığı evdə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Zəminəni döyüb.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Zəminə ilə 2005-ci ildə ailə həyatı qurub, bir övladı var:
“Martın 9-da, saat 19 radələrində yaşadığımız evdə yenidən həyat yoldaşı ilə aramızda baş vermiş mübahisə zamanı əsəbləşdim. Bu səbəbdən onun bədəninin müxtəlif nahiyyəsindən yumruqla vurdum”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az