Partiya sədri: “AYNA rəhbəri həbs edilməli, pullar hara gedir, yoxlanmalıdır”

SOSİAL 03 sentyabr 2025, 17:00
“Bu qurumun fəaliyyət göstərməsi ümumiyyətlə düzgün deyil. AYNA özünə və qaynanasına xidmət edən bir qurumdur”. 

Bunu Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 



O bildirib ki, orada yığılan pulların hara getdiyi hələ heç kimə məlum deyil:

“Kimin kimdən xoşu gəlirsə, onun oğluna bir vəzifə verir, qızına bir vəzifə verir. Bu düzgün deyil. Xalq arasında çox böyük narazılıq var bununla bağlı. Harada maşını saxlayırsan, deyirlər 5 manat, 10 manat. Soruşmaq lazımdır ki, bu pullar hara gedir? 

Ona görə bu qurum ləğv edilməli, qurumun rəhbəri həbs edilməlidir. Yoxlanmalıdır ki, o pullar büdcəyə gedib, ya getməyib?"


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top