Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri bu sahəyə marağın yüksəlməsinə, fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
Demokrat.az xəbər verir ki, Salyan rayonunda da aqrar bölmənin ənənəvi sahələrindən biri olan pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Salyan rayonunda 2025-ci ildə pambıq yığımına hazırlıq və payızlıq taxıl əkini ilə bağlı kənd təsərrüfatı işlərinin mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirədə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olmasını bildirib və bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin rayonumuzda da sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını qeyd edib.
Müşavirədə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov kənd təsərrüfatı işlərində fəal iştirak edən fermerlərə və aidiyyəti qurumların əməkdaşlarına təşəkkürünü bildirib. O qeyd edib ki, torpaqla çalışan, onu yaşadan hər bir əkinçi ölkənin ərzaq təminatında mühüm rol oynayır və dövlət daim onların yanındadır. Rayon rəhbəri qarşıdakı mövsümdə də yüksək məhsuldarlıq əldə olunacağına inamını ifadə edərək, bütün fermerlərə uğurlar arzulayıb.
Salyan rayonunda keçirilən bu tədbir, bölgədə kənd təsərrüfatının real mənzərəsini ortaya qoymaqla yanaşı, mövcud resursların daha səmərəli idarə olunması üçün zəruri addımların atılmasına şərait yaradır. Ən əsası isə odur ki, bu tədbir əkinçilərin və müvafiq qurumların bir araya gələrək birgə fəaliyyət planı müəyyən etməsinə imkan verir. Torpağa bağlılıq və zəhmətsevərlik isə Salyan kəndlisinin hər mövsümdə uğura gedən yolunu müəyyən edən başlıca amillərdən olmasını bildirib.
Pambıq yığımı prosesinə hazırlıq işləri barədə məlumat verən Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev yığımının vaxtında və keyfiyyətlə həyata keçirilməsi, həm də 2025-2026-cı təsərrüfat ili üçün payızlıq taxıl səpininə hazırlıq istiqamətində işlərin davam etdirilməsini qeyd edib. Bildirib ki, 2025-ci təsərrüfat ili üçün müxtəlif pambıqçılıq şirkətləri ilə bağlanmış müqavilələr əsasında 9669,6 hektar sahədə pambıq əkini həyata keçirilib. Hazırda həm bu sahələrin məhsul yığımına hazırlanması, həm də növbəti mövsüm üçün payızlıq taxıl səpininə hazırlıq istiqamətində zəruri tədbirlər görülür.
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov, Aqroservis ASC-nin Salyan bölməsinin müdiri Elnur Xancanov, “P-Agro” MMC-nin Salyan filialının müdiri Mərdan Cəlilov, “Aztəsərrüfat” MMC-nin icraçı direktoru Asif Əliyev və digərləri müşavirədə çıxış edərək, kənd təsərrüfatında mövcud olan bir sıra problemlərə toxunub, torpaq münbitliyinin qorunması, suvarma sistemlərinin müasirləşdirilməsi, kənd təsərrüfatı texnikasının təminatı və dövlət subsidiyalarının daha səmərəli tətbiqi ilə bağlı məsələlər səsləndirilib, məhsuldarlığın artırılması üçün qabaqcıl aqrotexniki tədbirlərin tətbiq olunmasını, lakin iqlim dəyişikliklərinin bəzi hallarda çətinliklər yaratdığını bildiriblər. Müşavirənin sonunda fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.