Sevindik Hətəmov yüksək bal toplayan tələbələrlə görüşdü — FOTOLAR

SOSİAL 03 sentyabr 2025, 17:46
03.09.2025-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində rayon üzrə yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib.

Demokrat.az
xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. 

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını həmişə diqqətdə saxladığı və bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyi vurğulanıb.

Tələbələrlə səmimi söhbət edən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bir daha təbriklərini çatdıraraq təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzulayıb, ümidvar olduğunu bildirib ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.

Görüşdə təhsildə fərqlənib, qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş tələbələr mükafatlandırılıb.

Görüşün sonunda ali təhsil müəssisələrinə qəbul olan tələbələr ilə xatirə şəkilləri çəkdirilib.




























SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top