Vahid Əhmədov: “Problemlər çoxalıb, elə etmək lazımdır ki, AYNA-lıq heç nə olmasın”

SOSİAL 03 sentyabr 2025, 17:24
“Son vaxtlar Azərbaycanda iki məsələ çox ciddi problemə çevrilib. Bunlardan biri cərimələrlə əlaqədardır. İnsanlara çox cərimələr yazırlar. Heç maşın saxlamağa imkan olmur, düşüb aptekdən bir dərman almaq üçün sən gedib haradasa parkinqə girməlisən. Problemlər kifayət qədər çoxalıb. Əlbəttə, parkinqlər lazımdır, olmalıdır. Amma elə yerlər var ki, sən orada maşını saxlayandan sonra iki kilometr piyada getməlisən. Belə ciddi problemlər var”.

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, bu sahədə ciddi islahatlara ehtiyac var:

“AYNA-nın ləğv edilməsi məsələni həll etməyəcək. Məsələni prinsipial cəhətdən həll etmək lazımdır. Elə etmək lazımdır ki, burada AYNA-lıq heç bir şey olmasın. Qanunlar var, gərək bu qanunlar işləsin. 

Struktur islahatlarına böyük ehtiyac var Azərbaycanda. Elə bir struktur qurulmalıdır ki, insanların həyatı üçün normal şərait yaransın. İnsanlar iki kilometr piyada getməsin ki, aptekdən bir dərman alacağam”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top