“Azərbaycanın fəal əməkdaşlıq apardığı təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Cari ilin aprel ayında Çinə səfəri zamanı ÇXR sədri tərəfindən Prezident İlham Əliyev ŞƏT sammitində iştiraka dəvət olunmuşdu. 2001-ci ildə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsədləri üzv dövlətlər arasında qarşılıqlı inam, dostluq, qonşuluq və səmərəli əməkdaşlığı gücləndirmək, regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etmək və qorumaq, yeni ədalətli beynəlxalq nizamı təşviq etməkdir. 2016-cı ildə Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı olmuşdur. Ölkəmiz bu təşkilata tamhüquqlu üzvlüyə maraqlıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq sahələri regional təhlükəsizlik və sabitlik, mədəni və humanitar əməkdaşlıq, ticarət və sərmayə, enerji sektoru və kənd təsərrüfatı, telekommunikasiya, terrorizm və ekstremizmə qarşı mübarizə, tolerantlıq və mədəni müxtəlifliyin təşviqini əhatə edir:
“Şərq-Qərb və Şimali-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. 2025-ci il 31 avqust – 1 sentyabr tarixlərində Çinin Tiencin şəhərində keçirilən ŞƏT Sammitində, Çin Sədrliyinin şüarı: “Şanxay Ruhunu Qorumaq: ŞƏT Hərəkətdə”dir.
Bundan öncə isə Azərbaycan Respublikasının Prezidenti ŞƏT-in müvafiq olaraq 2022 və 2024-cü illərdə Özbəkistan və Qazaxıstanda keçirilən Sammitlərində iştirak etmişdir. Bu, Azərbaycan liderinə böyük hörmət və etimadın əyani göstəricisidir. Dövlət başçımızın nüfuzu, siyasi iradəsi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə “orta güc dövləti”nə çevrilməsini təmin edir”.
Cavidan Mirzəzadə
Demokrat.az