“Azərbaycana idxal edilən kərə yağının qiyməti son aylarda 30–35 faiz bahalaşıb. Əvvəllər bir kiloqramın idxal qiyməti təxminən 9 manat idi, indi isə 12 manata yaxınlaşıb”.
Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, ölkəyə gətirilən yağın maya dəyəri ciddi şəkildə artıb:
“Ölkədə kərə yağının böyük hissəsi xaricdən gətirilir. Yerli istehsal yalnız tələbatın kiçik bir hissəsini ödəyir. Ona görə də idxalda baş verən qiymət dəyişikliyi birbaşa bazara təsir edir. Əgər idxal bahalaşıbsa, mağazalarda qiymətin sabit qalması mümkün deyil. Başqa bir səbəb də odur ki, pərakəndə satış şəbəkələri və idxalçılar xərclərini müştəriyə ötürməyə meyllidirlər. Bu da o deməkdir ki, maya dəyərində artım alıcının ödədiyi qiymətə yansıyacaq. Yaxın aylarda mağazalarda kərə yağının qiymətinin qalxması gözləniləndir. Artımın faizi müxtəlif ola bilər, amma idxal xərcləri dəyişməz qalarsa, qiymətlərdə enmə ehtimalı yoxdur. İdxal qiyməti qalxıbsa, tezliklə mağazalarda da qiymətlər qalxacaq”.
Leyla Turan
Demokrat.az