Tibb təhsili daha çox imkanlı ailələrin uşaqları üçün əlçatandır — Ekspert

GÜNDƏM 19 avqust 2025, 17:42
“Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2025–2026-cı tədris ilində 4500 manatdan 6500 manata qalxıb”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elvin Quliyev deyib. 

O qeyd edib ki, artımın əsas səbəbi universitetin təhsil və klinik bazasını yaxşılaşdırmaqdır:

“Tibb ixtisası digər ixtisaslardan fərqlidir. Burada laboratoriya işləri, klinik təcrübələr və müxtəlif avadanlıqlar çox vacibdir. Universitet bu sahələri müasir səviyyəyə çatdırmaq üçün əlavə pul xərcləyir. Amma bu artımın mənfi tərəfləri də var. Birinci problem sosial əlçatanlıqdır. 6500 manat çox ailə üçün yüksək məbləğdir. Orta və aşağı gəlirli ailələrin uşaqları bu məbləği ödəyə bilmir. Nəticədə, tibb təhsili daha çox imkanlı ailələrin uşaqları üçün əlçatan olur. İkinci problem gələcək həkim çatışmazlığıdır. Təhsil haqqı yüksək olduğuna görə tələbə sayı azala bilər. Əgər tələbə sayı azalsa, gələcəkdə səhiyyədə gənc həkim çatışmazlığı yaranacaq. Bu problemləri azaltmaq üçün universitet və dövlət müəyyən addımlar ata bilər.  Təhsil haqqının artımı universitetin keyfiyyətini yüksəldə bilər. Amma bu, sosial və kadr baxımından riskləri də artırır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top