"Təhsil haqlarının çox yüksək olması, amma təhsilin keyfiyyətinin bu qiymətlərlə mütənasib olmaması bir çox insanı başqa seçimlər axtarmağa məcbur edir. Valideynlər övladlarının daha münasib qiymətə, daha keyfiyyətli təhsil alması üçün xüsusilə Şərqi Avropa ölkələrinə və Türkiyəyə göndərirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
"Bakıda yaşayan insanlar üçün əlavə xərclər məsələsi də mühüm rol oynayır. Xaricdə təhsil alan tələbələrin qalmaq, yemək, yol və digər gündəlik xərcləri kifayət qədər çox olur. Halbuki, tələbə Bakıda oxusa, öz evində qalıb bu əlavə xərclərdən qurtula bilər.
Bununla belə, maddi imkanları yaxşı olan ailələr çox vaxt övladlarını xaricdə oxutmağı üstün tuturlar. Onlar düşünürlər ki, Bakıda olduqca yüksək ödənişlərlə, orta səviyyəli təhsil almaqdansa, xaricdə həm daha münasib qiymətə, həm də daha geniş imkanlarla təhsil almaq daha məqsədəuyğundur".
Qeyd edək ki, son günlər Azərbaycan Tibb Universitetinin təhsil haqqı qiymətlərini artırması qınaq obyektine çevrilib.
Əfsanə Kamal
Demokrat.az