"Məsələ göründüyü qədər sadə deyil. İlk növbədə araşdırılmalıdır ki, uşaq Almaniyada doğulub, ya yox. Əgər uşaq Almaniyada dünyaya gəlibsə, həmin ölkənin qanunvericiliyinə əsasən ona vətəndaşlıq verilib-verilməməsi məsələsi qiymətləndirilməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.
"Əgər ailə sadəcə turist vizası ilə Almaniyada olubsa, o halda vətəndaşlıq məsələsinə dair qərar vermək mümkün deyil. Uşağın adına heç bir rəsmi sənəd təqdim edilmədikdə isə məhkəməyə müraciət etmək də mümkün olmur. Görünür, bu uşağa dair ciddi bir məsələ Almaniya dövlətinə ötürülüb.
Azərbaycanda hər kəsin uşaqla hüquqi bağlılığı olmur. Burada uşaq hüquqlarının pozulması məsələsi var, amma belə halların tənzimlənməsi xarici ölkələrdə fərqli qaydada aparılır. Uşaq Hüquqları Konvensiyasına görə, uşağın maraqları hər şeydən üstün tutulur".
O bildirib ki, uşaqlar Almaniyada doğulub və orada qeydiyyata alınıblarsa, onların qayğısına qalmaq birbaşa Almaniya dövlətinin öhdəliyinə daxildir:
"Uşaqlar orada doğulmayıb, sadəcə turist vizası ilə gediblərsə və geri dönəndə hadisə baş veribsə — bu zaman da Konvensiyanın tələbləri əsas götürülməlidir.
Unutmaq olmaz ki, insan hüquqları, xüsusilə də uşaq hüquqları yalnız bir dövlətin daxili məsələsi deyil, beynəlxalq məsələdir. Necə ki, hərbi cinayət və ya insanlığa qarşı cinayət törədən şəxs hansı ölkəyə getsə də məsuliyyətə cəlb olunmalıdır, eyni prinsip uşaq hüquqlarına da aiddir.
Buna görə də belə bir sual ortaya çıxır: Almaniyada, İsraildə və ya Suriyada cinayət törədən şəxs başqa ölkədə həbs edilə bilərmi? Bəli, edilə bilər. Çünki bu, təkcə milli hüquq məsələsi deyil, həm də beynəlxalq hüquq prinsipidir".
Qeyd edək ki, Fransada azərbaycanlı cütlüyün Almaniyada doğulan 2 azyaşlı uşağı əllərindən alındıqdan bir müddət sonra Almaniyaya təhvil verilib.
Əfsanə Kamal
Demokrat.az