"Cəmiyyətdə bəzən azyaşlıların iştirakı ilə çəkilən qeyri-etik videoların paylaşılması müşahidə olunur. Böyüklərin uşaqlara bu davranışları təlqin etməsi isə yolverilməzdir".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O, bildirib ki, hər yaş dövrünün öz davranış normaları var və onların pozulması uşaqların sağlam sosiallaşmasına mənfi təsir göstərir:
"Bəzi mütəxəssislər bu prosesi səhvən sosiallaşma adlandırır, amma əslində bu, “vulqar sosiallaşma”dır. Yəni uşaqlara yaşlarına uyğun olmayan davranışların öyrədilməsi onların dəyərləri düzgün mənimsəməsinə mane olur və gələcəkdə milli-mənəvi dəyərlərə zidd hərəkətlərin yaranmasına səbəb ola bilər".
Ekspertin sözlərinə görə, ən çox rast gəlinən hallar toy məclislərindədir:
"Uşaqlar böyüklərin hərəkətlərini izləyərək onlardan nümunə götürürlər. Bəzən bir yaşlı uşaqlar belə səs-küylü məclislərə aparılır ki, bu da psixoloji və mənəvi baxımdan zərərlidir. Bundan əlavə, bəzi toylarda milli musiqilərə az yer verilməsi gənclərin milli kimlikdən uzaqlaşmasına gətirib çıxarır".
Ekspert qeyd edib ki, problemin əsas mənbəyi böyüklərin məsuliyyətsiz davranışıdır:
"Valideynlər və cəmiyyət üzvləri uşaqların sağlam sosiallaşması üçün daha diqqətli olmalı, milli dəyərlərin qorunmasına xüsusi önəm verməlidirlər".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlər sosial şəbəkələrdə azyaşlıların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ilə bağlı müraciət ünvanlayıb.
Əfsanə Kamal
Demokrat.az