Lamin Yamal bir neçə həftə komandasına kömək edə bilməyəcək

İDMAN 03 oktyabr 2025, 23:52
"Barselona" komandasının ulduz futbolçusu Lamin Yamal 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Oxu.Az bildirir ki, bu barədə Kataloniya təmsilçisi "X" sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Yamalın qasıq nahiyəsində yenidən ağrılar başlaması səbəbindən o, ölkə çempionatında "Sevilya"ya qarşı oyunu buraxacaq.

Qeyd edilir ki, vingerdə sözügedən ağrılar UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində evdə PSJ ilə matçda (1:2) başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 21:58
03 oktyabr 2025, 20:53
Top