NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək

DÜNYA 19 avqust 2025, 22:10
NATO-nun növbəti sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə alyansın Mətbuat Xidməti məlumat yayıb.

"İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm", - NATO-nun baş katibi Mark Rütte bildirib.

Onun sözlərinə görə, Ankarada NATO liderləri hazırkı çağırışlara cavab hazırlamağa davam edəcəklər.

Qeyd edək ki, Türkiyə son 25 ildə ikinci dəfə alyans sammitinə ev sahibliyi edəcək. Bundan əvvəlki tədbir 2004-cü ildə İstanbulda baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 21:43
Top