"Azərbaycan balanslı siyasət yürütməyə çalışır" — ŞƏRH

GÜNDƏM 19 avqust 2025, 21:03
“Azərbaycanın Rusiya ilə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində sıx əlaqələri var. Ukraynaya silah satmaq Moskva tərəfindən düşmənçilik kimi qəbul edilə bilər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

O bildirib ki,  bu da təzyiqlərin artmasına səbəb olar:

“Əgər Azərbaycan belə addım atsa, Qərb ölkələri bunu müsbət qarşılayar. Amma Qərbin dəstəyi Rusiyanın reaksiyasını tam əvəz etməz. Azərbaycan balanslı siyasət yürütməyə çalışır. Həm Rusiya, həm də Qərb ilə münasibətləri qorumaq ölkənin maraqlarına daha uyğundur. Yəni Ukraynaya silah satışı Azərbaycana daha çox risk gətirə bilər. Faydasının olacağını düşünmürəm”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 21:27
Top