"Ağ Ev"də Tramp, Zelenski və Avropa liderləri arasında keçirilən görüşün nəticələri artıq tədricən bəlli olur. Belə anlaşılır ki, Ukrayna ərazi itkiləri ilə razılaşmaq niyyətində deyil”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Zelenski konstitusiyanın qadağalarını əsas gətirərək Rusiyaya ərazi güzəştləri etməkdən imtina edib:

“Bu da onu göstərir ki, Tramp-Putin görüşünün nəticələri iflasa uğramaq üzrədir. Həm Zelenski, həm də Avropa liderləri Rusiyanın şərtləri ilə sülh imzalamaqdan imtina edərsə, o zaman ikinci Tramp-Putin anlaşması da pozulmuş olacaq.
Bundan sonrakı proseslərdə Ukraynadakı savaşın bir müddət davam etməsi, növbəti mərhələdə ABŞ və Rusiya münasibətlərinin pisləşməsi istisna deyil. Bu baxımdan hesab edirəm ki, Trampın sülh təşəbbüsləri hazırda real nəticələrdən uzaqdır”.
Ekspertin sözlərinə görə, xüsusən NATO üzvü olan Avropa ölkələri hesab edirlər ki, Rusiyanın maraqlarına uyğun imzalanacaq sülh sazişi gələcəkdə bütün Avropanı Rusiyanın təhdidləri altında buraxa bilər:
“Ona görə mesajlar verdilər ki, Rusiya bu savaşdan qalib ayrılmamalıdır. Bütün bunlar onu göstərir ki, Putinin planları, Kremlin qurduğu ssenari reallıqdan uzaqdır – nə Ukrayna, nə də Qərb ölkələri kapitulyasiya aktı imzalamayacaqlar. Bu da o deməkdir ki, savaş davam edəcək.
Eyni zamanda, yaxın aylarda Rusiyaya yeni sanksiyalar tətbiq edilə bilər. Bəzi məlumatlara görə, Avropa dövlətləri ABŞ-dən 100 milyardlıq silah alaraq Ukraynaya vermək niyyətindədir. Bu da onu göstərir ki, savaşın davam etmə ehtimalı sülh ehtimalından daha çoxdur. Bu da gələcəkdə Rusiyanın daha da zəifləmə ehtimalını artırır”.
Cavidan Mirzəzadə
Demokrat.az