Gələcəkdə bu sahədə vergi səviyyəsi müzakirə edilə bilər — AÇIQLAMA

GÜNDƏM 19 avqust 2025, 18:00
“Burada əsas məsələ bütün sosial qruplara münasibətdə bərabər, ədalətli vergiləndirmənin tətbiqidir. Əgər insanlar öz zəhməti ilə əldə etdikləri gəlirlərdən vergi ödəyirlərsə, kriptovalyutalardan gələn gəlirlərə görə də vergi ödənilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, dünyanın bütün ölkələrində gəlirlərin bəyan edilməsi və bu gəlirlərə görə vergilərin ödənilməsi nəzərdə tutulub.



“Bəzi ölkələrdə bu vergilər fərqli dərəcələrlə müəyyən edilir. Bir çox ölkələrdə kriptovalyuta bazarının inkişafı məqsədilə güzəştlər nəzərdə tutulub. Amma Azərbaycanda hələlik bu istiqamətdə spesifik siyasət olmadığı üçün ayrıca vergiləndirmə şərtlərinin müəyyən edilməsi halları yoxdur.

Kriptovalyutadan əldə edilən gəlir də vergi predmetidir. Necə ki, minimum əməkhaqqı alan şəxslər öz gəlirlərindən vergi ödəyirlər, hansı ki, ay ərzində nə qədər əziyyət çəkirlər. Kriptovalyutanın alış və satışından əldə edilən gəlir üçün vergi ödənilməlidir. Bu, eyni zamanda əhalinin öz gəlirlərini leqallaşdırması, həmçinin həmin gəlirləri müxtəlif məqsədlər üçün istifadə etməsi üçün gəlir bazasının formalaşmasında əlverişlidir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top