"1992-ci ildə qəbul edilən 907-ci düzəliş, ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsini qadağan edərək, ikitərəfli münasibətlərdə uzunmüddətli siyasi baryer yaratdı".
Bunu Demokrat.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
O, bildirib ki, Ermənistanın güclü lobbi fəaliyyəti nəticəsində irəli sürülən bu qərar əsassız olaraq Azərbaycanın “Ermənistanı blokadada saxlaması” iddiasına əsaslanır:
"Halbuki, həmin dövrdə real vəziyyət tam fərqli idi – Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış və kommunikasiya xətlərini sıradan çıxarmışdı".
Onun sözlərinə görə, 2001-ci il 11 sentyabr hadisələrindən sonra beynəlxalq təhlükəsizlik mühitində yaranan dəyişikliklər Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərdi:
"Terrorla mübarizə, enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələləri fonunda Azərbaycan ABŞ üçün mühüm tərəfdaşa çevrildi. Prezident Corc Buş 2002-ci ildə düzəlişin icrasını dayandırmaq qərarı verdi və bu addım hər il yenilənərək Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş nöqtəsinə çevrildi".
Ekspertin fikrincə, icranın dayandırılması Azərbaycana ABŞ-ın yardım və inkişaf proqramlarından yararlanmaq, sərhəd təhlükəsizliyi və enerji infrastrukturu sahəsində maliyyə və texniki dəstək alma imkanı yaradıb:
"Bundan əlavə, hərbi-texniki əməkdaşlıq genişləndi, Amerika şirkətləri üçün siyasi risklər azaldı və enerji, logistika, Orta Dəhliz kimi strateji layihələrdə əməkdaşlığa maraq artdı.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra “blokada” iddiası tamamilə əsassız qaldı. Bu, düzəlişin tam ləğvi üçün diplomatik zəmin yaradır və Vaşinqtonun Cənubi Qafqazda Azərbaycana verdiyi strateji önəmi göstərir. Beləliklə, 907-ci düzəlişin icrasının dayandırılması yalnız yardım imkanlarının bərpası deyil, həm də diskriminativ yanaşmaların aradan qaldırılması baxımından mühüm diplomatik uğur hesab olunur".
Əfsanə Kamal
Demokrat.az