"Ali təhsil haqqında Qanunda universitetlərin muxtariyyəti məsələsi uzun müddətdir gündəmdədir və müzakirə mövzusu olaraq qalır. Bu, eyni zamanda rektorların təyinatı və ya seçilməsi mexanizmlərinin dəyişdirilməsi ilə bağlı müzakirələri də əhatə edir".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
O, bildirib ki, universitetlərə muxtariyyət verilməsi, həm maddi təminatın, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə, çevik qərarların qəbuluna müsbət təsir göstərəcək:
"Dünyanın bir çox ölkələrində bu təcrübə tətbiq olunur və nəticədə universitetlərin müsbət istiqamətdə inkişafı müşahidə edilir.
Rektorların seçilməsi və ya təyin olunması mexanizmi cəmiyyətin marağında olan mühüm məsələlərdən biridir. Dünyada geniş yayılmış təcrübəyə görə, rektorlar universitetin “CEO”su hesab olunur. Onlar öz komandalarını formalaşdıraraq universitetin ali idarəetmə orqanı – Elmi Şura (bəzi ölkələrdə Senat) ilə birlikdə fəaliyyət göstərirlər. Rektor universitetin heyəti qarşısında məsuliyyət daşıyır, beş illik müddətə seçilir və bu müddətdə strateji hədəflərə uyğun inkişafı təmin etməlidir".
Ekspertin sözlərinə görə, seçilmiş rektorun növbəti dəfə səs qazanması üçün universitetin ictimai və akademik həyatında müsbət rol oynaması, inkişaf prosesinə aktiv töhfə verməsi vacibdir:
"Bu yanaşma həm şəffaflığı, həm də hesabatlılığı artırır.
Düşünürəm ki, təklif olunan dəyişikliklər ali təhsil müəssisələrinin daha şəffaf, demokratik, çevik və funksional idarə olunmasına mühüm töhfə verəcək. Hər iki dəyişikliyi müsbət qiymətləndirirəm".
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin qarşıdan gələn növbəti sessiyasında gündəmdə olacaq mühüm qanun layihələrindən biri “Ali təhsil haqqında” sənəddir. Layihədə universitetlərin muxtariyyətinin artırılması, həmçinin rektorların təyinat və seçilmə mexanizmlərinin dəyişdirilməsi nəzərdə tutulur.
Əfsanə Kamal
Demokrat.az