
NATO Ukraynanın təcrübəsini öyrənir.
Bunu NATO yanında Ukraynaya dəstək üzrə koordinator, general-mayor Mayk Keller DW-yə bildirib.
General deyib ki, Ukrayna qüvvələri Rusiyanın dərinliklərinə endirilən zərbələrin effektivliyində nəzərəçarpacaq irəliləyiş göstərir: “NATO yalnız Ukraynaya silah vermir, eyni zamanda ukraynalıların təcrübəsini diqqətlə öyrənir. Ukraynalılar hərbi obyektlərin dəqiqliklə vurulmasında və Rusiyanın dərinliyindəki hədəfləri zərərsizləşdirməkdə daha peşəkar olurlar. Burada söhbət personal, texnika və hazırlıq kimi imkanlardan gedir. Biz axmaq olardıq ki, toplanmış bütün məlumatlardan özümüz üçün istifadə etməyək. Əgər biz öz əsgərlərimizi ukraynalıların artıq keçdiyi sınaqlardan qoruya bilməsək, hərbi rəhbərlər kimi missiyamızı yerinə yetirməmiş olarıq”.
Mayk Keller qeyd edib ki, pilotsuz uçuş aparatı texnologiyaları əsas maraq obyekti olmaqla yanaşı, avropalıları müharibənin ümumi təbiətində baş vermiş dəyişikliklər də maraqlandırır.