Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib

SİYASƏT 12 avqust 2025, 18:44
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Bu barədə Demokrat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Tərəflər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top