Elkiyar Ziyadov: "AHİK-in üzvlərinə endirim paketləri və güzəştlər təqdim ediləcək"

SİYASƏT 12 avqust 2025, 12:21
"AHİK-in həm üzvlərinə, həm də potensial üzvlərinə endirim paketləri təqdim edəcəyik".

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında sədrin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov deyib.

O bildirib ki, "AHİK Plus" üzərində iş aparılır:

"Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. "AHİK Plus" çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur".

E.Ziyadov əlavə edib ki, Beynəlxalq Əmək Təşkilatı ilə AHİK əməkdaşlıq edəcək.

"Elektron sənəd dövriyyəsini formalaşdırırıq. Bütün sənəd dövriyyəsi tam elektronlaşdırılıb. İlk dəfə olaraq AHİK-in üzvlərinin adlı siyahısı təsis olunub. Rüblük əsasda siyahı yenilənir.

700-dən çox gənc AHİK könüllüsü kimi fəaliyyət göstərir. Xüsusi fərqlənən könüllülər bir çox sahələrdə əmək fəaliyyətlərinə bizimlə davam edirlər", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top