Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

GÜNDƏM 12 avqust 2025, 13:50
Xəbər verdiyimiz kimi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovun dövlət büdcəsini taladığı, rəhbərlik etdiyi qurumda tenderləri saxtalaşdırdığı ilə bağlı informasiyalar yayılıb.

Demokrat.az
yayılan xəbərlərə münasibətini öyrənmək üçün Leysan Məmmədovla əlaqə saxlayıb. 

Lakin o, haqqında yayılan xəbərlərə cavab vermək yerinə, zəng edənin jurnalist olduğunu eşidən kimi telefonu söndürüb.

Xatırladaq ki, Leysan Məmmədovun Qarabağda milyonluq tender maxinasiyası ilə bağlı çoxsaylı şikayətlər var. Bununla bağlı Hesablama Palatasının apardığı audit yoxlamaları nəticəsində bir sıra faktlar ortaya çıxıb. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top