"Ümumtəhsil məktəblərində təhsil alanların geyim formaları Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli, 96 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərarda göstərilir ki, Nazirlər Kabineti dövlət mülkiyyətində olan ümumtəhsil məktəblərində istifadə üçün dörd eskizdə məktəbli forması təqdim edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, məktəbin pedaqoji şurası bu dörd eskizdən birini seçərək qərar qəbul edir:
"Və həmin qərar qəbul edildikdən sonra üç tədris ili ərzində dəyişdirilə bilməz. Sonra isə növbəti iki tədris ili üçün həmin forma başqa bir eskizlə əvəz oluna bilər. Hazırda isə qərar 2022-ci ildə qəbul edilib, tətbiqinə isə 2023–2024-cü tədris ilindən başlanılıb. Yəni 2023–2024, 2024–2025 və 2025–2026-cı tədris illərində həmin forma dəyişdirilə bilməz. 2026–2027-ci tədris ili üçün isə məktəbin pedaqoji şurası yeni qərar qəbul edə bilər. Əvvəlki formanı saxlamaq və ya dörd eskizdən birini yenidən seçmək hüququna malikdirlər. Amma hal-hazırda 2025–2026-cı tədris ili üçün məktəbli formasının dəyişdirilməsi qanuna ziddir".
Əfsanə Kamal
Demokrat.az