Sülh mükafatına namizədlər arasında Tramp birinci sıradadır — AÇIQLAMA

GÜNDƏM 12 avqust 2025, 17:33
"Donald Tramp 7 aydır ABŞ prezidenti kimi dünyadakı münaqişələrin həlli istiqamətində ciddi işlər görüb".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, Tramp artıq bir çox münaqişələrin həllində rol oynaya bilib:



"Buna misal olaraq, həm Rusiya-Ukrayna, həm də İsrail-HƏMAS hərbində vasitəçilik təşəbbüsləri irəli sürməsi, eyni zamanda, Tayland-Kamboca arasında sərhədin eskalasiyasında rolunu, Hindistan-Pakistan eskalasiyasındakı rolunu, Konqo və Ruanda arasında sülh imzalanmasında rolunu göstərmək olar. 

Tramp həqiqətən də digər ABŞ prezidentlərindən fərqli olaraq, "ABŞ sülh yaradan dövlətdir" ideyasını inkişaf etdirdi, onun dönəmində ABŞ heç bir ölkə ilə müharibəyə başlamadı. Bu da onu istər-istəməz Nobel Sülh mükafatı namizədləri arasında ilk sıraya qoyur". 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top