"Türkiyə üçün vacib olan Zəngəzur dəhlizinin açılmasıdır və burada nəzarətin ABŞ-yə verilməsi Türkiyənin rolunu azaltmır".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, nəzərə almalıyıq ki, hazırda ABŞ və Türkiyə arasında yüksək səviyyədə münasibətlər var və hər iki ölkənin prezidentləri çox yaxşı anlaşa bilirlər:

"Bunlar da münasibətlərə təsir edən amillərdir. Dəhlizə ABŞ-nin nəzarət etməsi Türkiyənin Azərbaycana və Orta Asiyaya çıxışını əngəlləyəcək bir faktor deyil. Türkiyənin digər istiqamətlərdən də Orta Asiyaya çıxışları var, amma Zəngəzur dəhlizi daha qısa və uyğun marşrutdur. Ona görə də düşünürəm ki, dəhlizin açılması və nəzarətin ABŞ-yə verilməsi Türkiyənin maraqları ilə ziddiyyət təşkil etmir. Türkiyə yaranmış bu imkanlardan səmərəli şəkildə istifadə edəcək".
Cavidan Mirzəzadə
Demokrat.az