ABŞ prezidenti Donald Tramp Rusiya qoşunlarının Vladimir Putinin vəd etdiyi kimi 4 saata Kiyevə niyə çata bilməməsinin səbəbini açıqlayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Tramp hesab edir ki, Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı başlayanda generallardan biri böyük səhv edib.
"Məhz həmin generalın “parlaq” qərarına görə rus qoşunları beş saat ərzində Kiyevə çata bilməyib. Səhv bu hərbi komandirin avtomobil yolu ilə deyil, kənd təsərrüfatı torpaqları ilə hərəkət etmək qərarına gəlməsi, nəticədə hərbi texnikaların palçığa ilişməsi ilə bağlı olub. Palçıq onları dayandırmasaydı, Rusiya Silahlı Qüvvələri 5 saata Ukrayna paytaxtına çata bilərdi. Həmin general Putini "palçığa" batırmasaydı, indi fərqli mənzərə ilə qarşı-qarşıya olardıq".
Trampın bu çıxışını şərh edən Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik isə ABŞ liderini hərbi işləri anlamamaqda ittiham edib.
O, həmçinin xatırladıb ki, əməliyyatın ilk günlərində rus ordusunun əsgərləri “dünya hərbi dərsliklərində yer alacaq” desant əməliyyatı keçiriblər: "Ona görə də amerikalıların bizə hərbi taktika öyrətmələrinə ehtiyacımız yoxdur. Orada tank hücumu nəzərdə tutulmurdu".