“8 avqustun tarixə düşməsinin bir çox səbəbləri var. İlk növbədə, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Yeni fikirlər və təkliflər mübadiləsi baş verir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Rüfət Quliyev deyib.
O bildirib ki, maraqlı olan yalnız ABŞ-la münasibətlər deyil, həm də Ermənistanla gələcəkdə tam sülh müqaviləsinin bağlanmasıdır:
“Düzdür, ermənilər “dəhliz” sözündən imtina edirlər, buna “yol” deyirlər. Amma fərq etməz yol da olsa, dəhliz də olsa, əsas odur ki, bu layihə reallaşacaq. Və bu yol tarixə “Tramp dəhlizi” kimi düşəcək. Artıq Ermənistan Amerikayla razılaşıb və Azərbaycanın da burada xüsusi rolu var. Bu yol üzrə ABŞ hökumətinin nəzarətində nəhəng bir konsorsium yaradılacaq. Bu konsorsium 43 km-lik əraziyə maliyyə yatıracaq. Həm dəmir yolu, həm avtomobil yolu olacaq və bütün nəqliyyat vasitələri üçün şərait yaradılacaq. Bu, Azərbaycanın xarici siyasətinin növbəti qələbəsidir. Bu nəticə səbirin, müdrikliyin və praqmatik siyasətin məhsuludur. Azərbaycan, Ermənistan, Avropa və Asiya üçün böyük iqtisadi əhəmiyyəti var. Nəqliyyat sektoru bu gün dünyanın ən gəlirli sahələrindən biridir. Bu layihə xüsusilə Azərbaycanın qeyri-neft sektorunda yeni valyuta mənbəyi olacaq”.
Sabiq deputat əlavə edib ki, yeganə kənarda qalan Rusiya və İrandır:
“Onların da reaksiyası təbii olaraq neqativdir. Amma hər ölkənin öz milli maraqları var və Azərbaycan da öz maraqlarını hər şeydən üstün tutur. İnanırıq ki, bu, bütün iştirakçı ölkələr üçün mühüm əhəmiyyət daşıyacaq. Xüsusilə Ermənistan üçün, çünki bu ölkə uzun illər qapalı vəziyyətdə olub. İndi isə bu layihə sayəsində yeni imkanlar əldə edəcək. Paşinyan da bu layihə ilə tarixə düşəcək. Əsas məsələ Azərbaycanın milli maraqlarının təmin olunmasıdır və bu gün bu məqsədə doğru ciddi addımlar atılır”.
Leyla Turan
Demokrat.az