"Həm oksigen çatışmazlığı, həm də kimyəvi çirklənmə balıqların..." — Ekoloq

GÜNDƏM 12 avqust 2025, 17:58
“Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan–Muğan ötürücü kollektoru qarşısındakı bəndin qəfil açılması olub. Bəndin açılması nəticəsində suyun səviyyəsi kəskin dəyişib, dib çöküntüləri qarışaraq oksigen səviyyəsini sürətlə azaldıb”.

Bunu ekoloq Elçin Məmmədov Demokrat.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, kollektor vasitəsilə daxil olan kənd təsərrüfatı tullantıları və digər çirkləndiricilər də suyun keyfiyyətini pisləşdirib:

“Qısa müddətdə həm oksigen çatışmazlığı, həm də kimyəvi çirklənmə balıqların kütləvi şəkildə tələf olmasına gətirib çıxarıb. Suyun hərarətinin dəyişməsi və çirklənmiş suların gətirdiyi mikroorqanizmlər balıqların tənəffüs və immun sisteminə mənfi təsir göstərib. Belə halların qarşısını almaq üçün bəndlərin idarə olunması mərhələli şəkildə aparılmalı, kollektor sularının ekoloji monitorinqi gücləndirilməli və fövqəladə hallarda operativ xəbərdarlıq sistemi qurulmalıdır. Bu, həm balıq ehtiyatlarının qorunmasına, həm də bölgənin su bioekosisteminin davamlılığına xidmət edəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top