Politoloq: "İmzalanmış sənəd Azərbaycanın maraqlarına tam şəkildə cavab verir"

GÜNDƏM 12 avqust 2025, 20:55
"Vaşinqton görüşməsi tarixi bir hadisədir. Bu görüş həm Azərbaycan-Ermənistan normallaşması baxımından, həm də sülh sazişinin paraflanması baxımındanböyük tarixi əhəmiyyətə malikdir.  Görüş bölgədə yeni bir mərhələnin başlanğıcı sayıla bilər.Bundan başqa, həm də Azərbaycan-Amerika münasibətləri baxımından, gələcək sülh perspektivləri üçün çox vacib sayılır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

"Tərəflər artıq münasibətləri yeni bir səviyyəyə qaldırmaq üçün işçi qrup yaradıblar. Bu, gələcəkdə Azərbaycan-Amerika arasında strateji əməkdaşlığın inkişafı ilə bağlı olan bir mövqedir.
İmzalanmış sənəd Azərbaycanın maraqlarına tam şəkildə cavab verir və Azərbaycanın bütün şərtləri burada nəzərə alınıb. Sənəd bölgədə artıq savaşların geridə qalmasını, sülh, rifah və əməkdaşlıq mühitinin yaranması ilə bağlı perspektivlər vəd edir. O baxımdan çox əlamətdar hadisədir və Güney Qafqazda yeni bir mərhələnin başlanğıcı olacaq bir hadisə kimi dəyərləndirilməlidir."


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top