"Orta dəhlizin əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə fəaliyyətə başlaması hamımız üçün vacibdir".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixail Kavelaşvili ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz Azərbaycan və Gürcüstanla xarici siyasət və təhlükəsizlik sahələrində qurduğumuz mexanizmlər vasitəsilə regional sülhə və əməkdaşlığa töhfə veririk. Türkiyə tezliklə ölkədə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün keçiriləcəyinə ümid edir", - deyə Ərdoğan vurğulayıb.
M.Kavelaşvili də regional əməkdaşlığın bölgədə sabitlik üçün çox vacib olduğunu qeyd edib.
"Mən Qafqazda sülh prosesi ilə bağlı fikirlərimizi təkrarlayıram. Bir daha demək istəyirəm ki, Gürcüstan bu prosesdə səylərini davam etdirəcək. Biz həmçinin Azərbaycan və Ermənistan arasında davam edən danışıqlara öz töhfəmizi verməyə davam edəcəyik. Regional əməkdaşlıq bölgənin sabitliyi üçün çox vacibdir. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığın bu baxımından olduqca yaxşı nümunədir", - deyə Gürcüstan prezidenti bildirib.