Balıkesirdə yenə zəlzələ olub

HADİSƏ 12 avqust 2025, 23:51
Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda yenidən zəlzələ olub.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, 4 maqnituda gücündə zəlzələnin dərinliyi 10.97 kilometr olub.

Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də Sındırqıda ard-arda iki zəlzələ qeydə alınmışdı.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top