Ukrayna Prezidenti Volodimir Zelenski tam atəşkəs üçün ilkin şərt kimi Ukrayna qoşunlarının Donetsk vilayətinin işğal olunmamış hissəsini tərk etmə ehtimalını güman etmir.
"Report"un "RBK-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, Ukrayna lideri jurnalistlərlə görüşündə mövqeyini açıqlayıb.
"Biz Donbası tərk etməyəcəyik. Bunu edə bilmərik. Donbas rusiyalılar üçün gələcəkdə yeni hücumlar məqsədilə plasdarmıdır. Bir neçə ildən sonra Putinin həm Zaporojye, həm də Dnepropetrovsk vilayətlərinə açıq yolu olacaq. Həm də təkcə bu deyil. Həm də təkcə oralara yox, eləcə də Xarkova. İndi onlara təxminən 9 min kvadrat kilometr ərazini vermək istəyirlər ki, bu da Donbass ərazisinin təxminən 30 %-ni təşkil edir və bu, yeni təcavüz üçün plasdarmdır”, - Zelenski bildirib.
O, ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı Ukrayna Konstitusiyasına istinad etdiyini təsdiqləyib.
"Ölkəmi təhvil vermək fikrində deyiləm, çünki buna haqqım yoxdur. Həm də məsələ onda deyil ki, mən Konstitusiyanın arxasında gizlənirəm. Dövlət şəxsi mülkiyyətdir? Donetsk vilayətinin 30 %-i mənim şəxsi mülkiyyətimdir? Ərazi mübadiləsi çox mürəkkəb məsələdir və onu Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən ayırmaq olmaz", - Ukrayna lideri vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın mövqeyi dəyişməz qalır: əvvəlcə atəşkəs, sonra digər məsələlər üzrə danışıqlar. Eyni zamanda, Ukraynanın iştirakı olmadan ərazi məsələləri müzakirə edilə bilməz.