“Estoniya Rusiya ilə sərhədin keçid qaydalarını sadələşdirməyi planlaşdırmır”.
Demokrat.az xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri İqor Taro “Delfi” nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, təhlükəsizlik vəziyyəti səbəbindən Rusiya istiqamətində səfərlərlə bağlı “səxavətli jestlər” gözləmək lazım deyil.
“Yalan vədlər verməyəcəyəm. Sizə açıq və səmimi şəkildə deyirəm ki, Rusiya səfərlərinə dair sadələşdirmə istiqamətində addımlar atılmayacaq. Buna ümid etməyin,” – Taro vurğulayıb.
Qeyd edək ki, Estoniya–Rusiya sərhədində üç keçid məntəqəsi fəaliyyət göstərir.
Onlardan “Narva” yalnız gündüz saatlarında açıqdır, “Luhamaa” və “Koidula” isə standart rejimdə işləyir.