“Yay aylarında xüsusilə həftə sonları bölgələrdəki istirahət mərkəzləri və otellərdə qiymətlərdə nəzərəçarpacaq artım müşahidə olunur. Bu, həm tələb-təklif balansı ilə, həm də insanların səyahət vərdişləri ilə bağlıdır”.
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
Ekspert bildirib ki, həftəsonu qiymətləri adətən 10–30% daha yüksək olur:
“Bəzi otellər minimum 2 gecəlik rezervasiya tələb edir. İzdiham artdıqca son anda rezervasiya edənlər üçün qiymətlər daha da bahalaşır. Həftəiçi isə daha sakit və münasib qiymətlərlə istirahət etmək mümkündür. Əhalinin çoxu həftəiçi işlədiyindən, səfərlər əsasən həftəsonuna düşür. Bu da turizm obyektlərində doluluq səviyyəsini artırır, nəticədə qiymətlər optimallaşdırılır. Daha sərfəli qiymətlərlə istirahət etmək üçün həftəiçi rezervasiya olunmasi tövsiyyə olunur. Erkən bron və ya endirim kampaniyalarından yararlanmaq üçün alternativ bölgələrə və daha az tanınan, amma keyfiyyətli məkanlara baxmaq mümkündür”.
Leyla Turan
Demokrat.az