“Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin hərtərəfli inkişafında hər zaman maraqlı olub və bu inkişafı təmin etmək üçün öz tərəfindən bütün gərəkən addımları atıb. Təəssüflər olsun ki, son bir neçə il ərzində əvvəllər əldə olunmuş çox sayda nailiyyətlər itirilmiş, hətta iki ölkə arasında kifayət qədər gərginliklər də yaşanmışdı. Bunun əsas səbəbi isə Bayden administrasiyasında, ABŞ senatında olan bəzi ermənipərəst qüvvələrin bu ölkənin rəhbərliyinə geniş təsir imkanlarına malik olmalarında və bu imkanlardan ölkəmizə qarşı gen-bol yararlanmalarında idi. Lakin 2025-ci il Azərbaycan ilə ABŞ arasında münasibətlərdə bir çox əsaslı korrektələrin ediləcəyi gözləntiləri ilə başladı. Aydındır ki, bunun da əsas səbəbi 2024-cü ilin noyabrında Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi oldu.
Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təbrik məktubunda bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Təbii ki, belə bir əminlik üçün dövlət başçımızın bütün əsasları var. Belə ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Əslində bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsas rolunu oynaya biləcək mühüm amillərdən biri də məhz elə o dövrdə formalaşmış qarşılıqlı etimad prinsipləridir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri Azərbaycan-ABŞ əlaqələrinin inkişafına müsbət təsiri baxımından hər iki ölkənin prezidentləri tərəfindən bu məsələyə strateji yanaşmanın sərgilənməsini mühüm faktor kimi qeyd edib: “İki ölkə arasında münasibətlərin konstruktiv əsaslar üzərində formalaşması və inkişaf perspektivlərinə malik olması üçün tələb olunan mühüm şərtlərdən biri də siyasi iradənin mövcud olmasıdır. Məhz bu amil Azərbaycan və ABŞ prezidentləri tərəfindən kifayət qədər aşkar şəkildə nümayiş etdirilməkdədir. Məsələn, əgər biz cənab Trampın 2025-ci il mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubuna nəzər salsaq, bu zaman həmin sənədin mətnində ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin genişlənməsinə aşkar çağırışların olduğunu görərik. ABŞ Prezidenti yazır: “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək...”
Təbii ki, analoji çağırış mesajlarını biz cənab Prezident İlham Əliyevin ABŞ-nın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa iyulun 4-də ünvanladığı təbrik məktubunda da oxuyuruq: “İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.” Beləliklə, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha yüksək və daha perspektivli səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də qarşılıqlı etimad prinsiplərini formalaşdırmış tarixi bağlantılar mövcuddur. Bütün bunları nəzərə alaraq cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələyə keçidi şərtləndirəcək mühüm hadisə kimi dəyərləndirmək lazımdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.