“ABŞ prezidentinin Qarabağ sülh prosesinə cəlb olunması sazişin yekunlaşdırılması baxımından çox vacibdir. Çünki Ermənistan və Azərbaycan liderlərinin sülh sazişini imzalamaq üçün lazım olan çətin kompromisləri qəbul edə bilmələri üçün dünyanın ən güclü liderindən həm siyasi dəstəyə, həm də mənəvi stimula ehtiyacları var. Ümid edirəm ki, bu gün Prezident Trampın Ağ Evdə Prezident Əliyev və Baş nazir Nikol Paşinyanı qəbul etməsi ilə buna yaxınlaşırıq”.
Bunu ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün sülh sazişi imzalanmayacaq:
“Onun əvəzinə, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanın sülh sazişinə aparacaq konkret addımlar atmağa hazır və razı olduqlarını müəyyən edən bir çərçivə razılaşması imzalanacaq. Heç kim sülh sazişinin dəqiq nə vaxt imzalanacağını bilmir, amma bu çərçivə razılaşması çox mühüm olacaq. Bu ilin mart ayında İlham Əliyev və Paşinyan sülh sazişinin yekun mətnini razılaşdırıblar və yalnız bir əsas məsələ qalıb. Bu da Azərbaycanın israrla tələb etdiyi — Ermənistanın konstitusiyasını dəyişərək Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıq şəkildə bəyan etməsidir. Hazırda Ermənistan konstitusiyasında bu məsələ fərqli göstərilib. Buna görə də bu proses çətin olacaq. Həmçinin Prezident Tramp ilə Prezident Əliyev arasında, eləcə də Baş nazir Paşinyan arasında strateji tərəfdaşlıq sazişlərinin imzalanacağı barədə danışıqlar var”.
Sabiq səfirin sözlərinə görə, bu sənədlər hər iki ölkə ilə iqtisadi, siyasi və təhlükəsizlik münasibətlərini gücləndirəcək:
““907-ci əlavə”nin ləğvi və ya Prezident Trampın Respublikaçılar tərəfindən idarə olunan ABŞ Konqresini həmin məhdudiyyəti birdəfəlik aradan qaldırmağa çağıracağı barədə də söhbətlər dolaşır. Əsas odur ki, Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılığın əldə olunacağı barədə məlumatlar var. Bu dəhlizin logistik idarəçiliyini ABŞ-ın bir logistika şirkətinin həyata keçirəcəyi bildirilir. Bunlar hələlik Vaşinqtondan yayılan xəbərlər və şayiələrdir. Günün sonunda nələrin baş verəcəyi isə hələ məlum deyil. Amma bu, mənim Qarabağ münaqişəsini dörddə bir əsrdən çox izlədiyim müddətdə ən optimist məqamdır. Ümid edirəm ki, bu gün baş verənlər qısa zamanda yekun sülh sazişinə gətirib çıxaracaq. Düzgün tərtib olunmuş çərçivə razılaşması bu prosesi mümkün edə bilər”.
Leyla Turan
Demokrat.az