ABŞ-nin tanınmış vəkili, Respublikaçılar Partiyasının rəhbər dairələrinin nüfuzlu nümayəndəsi, siyasi məsələlər üzrə birinci dərəcəli beynəlxalq hüquqşünas kimi tanınan Robert Amsterdam yaxın günlərdə Ermənistana gələcək.
Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, müxtəlif mənbələrdən əldə olunan məlumata görə, Amsterdamın səfəri təcili xarakter daşıyır və eyni anda bir neçə səs-küylü işlə bağlıdır.
“Görünür, bunlar bölgəmizdə yenidən aktivlik göstərən ABŞ-ni narahat edib. Bu işlərə arxiyepiskoplar işi, Erməni Apostol Kilsəsinə qarşı təzyiqlər və Samvel Karapetyanın qanunsuz həbsi daxildir. Mənbələrimizin bildirdiyinə görə, Amsterdamın səfərinin məqsədi müəyyən monitorinq funksiyalarını həyata keçirmək və insan haqları ilə demokratiyanın real vəziyyətini öyrənməkdir”, - deyə müəllif bildirib.
KİV qeyd edib ki, Donald Trampın ən yaxın çevrəsinin üzvü olan Robert Amsterdam öz kəskin anti-rus mövqeyi ilə tanınır.
“Məhz Amsterdam məşhur rusiyalı iş adamı, müxalifətçi Mixail Xodorkovskinin vəkili olub və bu səbəbdən hətta Rusiyada həbs edilib. 2003-cü ildə Amsterdam “Yukos” şirkətinin baş direktoru və Rusiyanın ən varlı adamı, həm də Rusiya prezidenti Vladimir Putinin əsas rəqibi kimi təqdim olunan Mixail Xodorkovskinin müdafiəsinə qoşulub. 2005-ci ildə Xodorkovski azadlıqdan məhrum edilib. Hökm oxunan gecə Amsterdam mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən otel otağında saxlanılıb. Daha sonra o, Xodorkovskinin azad olunması üçün səylərini davam etdirib və nəticədə bu, 2013-cü ildə baş verib.
2010-cu ilin may ayında Tailandın sabiq baş naziri Taksin Şinavatra Amsterdamı beynəlxalq hüquqşünas və Demokratiyaya Qarşı Mübarizə Birləşmiş Cəbhəsinin (UDD) və ya “Qırmızı köynəklilər”in müdafiə şurasının məsləhətçisi kimi işə götürüb. Amsterdam beynəlxalq ictimaiyyəti yeni hökumətin repressiyalarını qəbul etməməyə çağırıb. O, daha sonra insan haqları pozuntuları və beynəlxalq hüququn pozulması ilə bağlı siyahı dərc edib və buna “Banqkok qətliamları” adını verib.
Amsterdam bir çox tanınmış siyasi məhbusları, demokratiya tərəfdarlarını müdafiə edib. Onların sırasında venesuelalı Elihio Sedenyo, nigeriyalı Nasir Əhməd El-Rufay və başqaları var. O, həmçinin “Megaupload” məhkəmə işinin hüquq komandasının üzvü olub və internet sahibkarı Kim Dotkomu təmsil edib. Kim Dotkom isə hüquq müdafiəçiləri Qlenn Qrinvald, Culian Assanj və Edvard Snouden ilə işləyib”, - deyə nəşr bildirib.(Ordu.az)