"Hazırda kiberdələduzluq halları həm ölkəmizdə, həm də dünyada sürətlə artır. Bunun əsas səbəblərindən biri insanların gündəlik həyatında internet və mobil texnologiyalardan getdikcə daha çox istifadə etməsidir".
Bunu Demokrat.az-a açıqlamasında texnoloq Elvin Həsənov deyib.
Texnoloq bildirib ki, dələduzlar texnologiyanın imkanlarından sui-istifadə edərək daha hiyləgər üsullarla vətəndaşları aldatmağa, xüsusilə də bank kartı məlumatlarını ələ keçirməyə çalışırlar:
"Ən çox istifadə olunan fırıldaq üsullarına saxta zənglər, SMS və ya e-poçtlar, sosial şəbəkələrdə paylaşılan şübhəli linklər, eləcə də bank əməkdaşı adı ilə edilən müraciətlər daxildir".
Ekspert bu kimi hallardan qorunmaq üçün vətəndaşlara bir sıra tövsiyələr edib:
"Telefon, mesaj və ya e-poçt vasitəsilə heç vaxt kart nömrəsi, PIN kodu, CVV/CVC kodu və SMS təsdiq şifrələrini paylaşmamaq lazımdır. Unutmaq olmaz ki, bank əməkdaşları bu məlumatları tələb etmirlər. Əgər qarşı tərəf belə bir istək irəli sürürsə, bu, birbaşa fırıldaqçılıq əlamətidir. Tanınmayan linklərə daxil olmamaq, çünki bu linklər çox vaxt saxta saytlar vasitəsilə məlumat oğurluğuna yönləndirir".
Onun sözlərinə görə, şübhəli zəng və ya mesaj alınarsa, dərhal məlumat paylaşmadan bankla əlaqə saxlamaq və zərurət yarandıqda hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, son zamanlar ölkədə kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur. Ən çox rast gəlinən hallardan biri saxta zənglər, mesajlar və ya linklər vasitəsilə insanlara bank və ya rəsmi qurum adından müraciət edilməsidir.
Əfsanə Kamal
Demokrat.az