Hindistan qəfildən Rusiyadan neft alışını dayandırdı

DÜNYA 08 avqust 2025, 16:06
Hindistanın dövlət neft emalı zavodları qəfildən Rusiya neftinin alınması prosesini dayandırıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, Hindistan hakimiyyəti dövlət neft emalı zavodlarına Rusiya nefti ilə bağlı heç bir göstəriş verməyib. Xüsusən də onlara alqı-satqısını dayandırmağı deməyiblər. Buna baxmayaraq, dayandırma baş verib. Üstəlik, müəssisələrin öz təşəbbüsü ilə olub.

“Indian Oil, Bharat Petroleum və Hindustan Petroleum qarşıdakı dövrədə Rusiya neftinin birdəfəlik alışını hökumətdən aydın göstəriş alana qədər dayandırmağı planlaşdırır”- deyə Bloomberg yazır.

Vəziyyətin birbaşa ABŞ-ın son hərəkətləri ilə əlaqəli olduğu vurğulanır. Vaşinqton Hindistana 25 faizlik rüsumlar tətbiq edib. Bu yolla Amerika lideri Donald Tramp ölkəni Rusiya ilə əməkdaşlığa görə cəzalandırmaq istəyib.(AzPost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 19:18
Top