“Metropoliten kimi ictimai bir məkanda doğuş hadisələri nadir rast gəlinir, lakin mümkündür. Çox vaxt bu, doğuşun çox sürətli gedişatı ilə bağlı olur. Sürətli doğuş adətən 3–4 saatdan az çəkir. Bu daha çox çoxuşaqlı qadınlarda və ya bəzi fizioloji xüsusiyyətlərə malik hamilələrdə müşahidə olunur”.
Bunu Demokrat.az-a açıqlamasında ginekoloq Gülçin Rzayeva deyib.
O qeyd edib ki, belə şəraitdə ən böyük risklər sterilliyin təmin olunmamasıdır:
“Bundan başqa tibbi avadanlıq və dərhal ixtisaslı yardımın məhdudluğu, həmçinin ana və körpə üçün infeksiya və digər fəsad ehtimalının yüksək olmasıdır. Xoşbəxtlikdən, “20 Yanvar” stansiyası əməkdaşlarının operativ müdaxiləsi və təcili tibbi yardımın vaxtında gəlməsi ana ilə körpənin sağlam qalmasını təmin edib. Hamiləliyin son aylarında qadınlar doğuş əlamətlərini yaxşı bilməlidirlər. Simptomlar başladıqda ictimai yerə çıxmadan dərhal təcili yardım çağırmalıdırlar. Sürətli doğuş ehtimalı olan hamilələr isə doğuş tarixinə yaxın günlərdə uzun müddət tək qalmaqdan çəkinməlidirlər”.
Leyla Turan
Demokrat.az