Nikol Paşinyan İncildən sitat paylaşdı: "Sülh yaradanlar necə də xoşbəxtdirlər"

DÜNYA 08 avqust 2025, 11:16
Hazırda Vaşinqtonda olan Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində diqqətçəkən paylaşım edib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, N.Paşinyan İncil kitabının (Əhdi-cədidin) 5-ci fəslinin 9-cu hissəsini paylaşıb.

Paylaşımda yazılıb: "Sülh yaradanlar necə də xoşbəxtdirlər, çünki onlar Allahın övladları adlanacaqlar".

Məlumat üçün əlavə edək ki, bu gün Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 13:03
Top