Minatəmizləyənlərə görə ödənilən tibbi sığorta haqqı azaldılıb

SİYASƏT 08 avqust 2025, 11:49
Minatəmizlənmə Agentliyi (ANAMA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Qala Sığorta” ASC ANAMA-ya işçilərin könüllü tibbi sığorta və fərdi qəza sığortası xidmətlərini təqdim edəcək.

Bildirilir ki, ANAMA ümumilkdə 3 285 işçinin sığorta xidməti üçün “Qala Sığorta”ya 1 milyon 675 min 350 manat ödəyəcək.

Açıqlanan məlumatdan da göründüyü kimi, bir işçi üçün ödəniləcək sığorta haqqı 510 manat olacaq.

Məlumat üçün bildirək ki, “Qala Sığorta” ötən il də ANAMA-ya eyni xidməti göstərib. Ötən il ANAMA 2 900 işçinin sığortası üçün “Qala Sığorta”ya 1 milyon 595 min manat (bir işçi üçün 550 manat) ödəyib.
Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 15:41
08 avqust 2025, 13:03
Top