“Mənə toxunanları Allaha tapşırıram” — Cahangir Əsgərov

SİYASƏT 08 avqust 2025, 12:26
AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Həmçinin Cahangir Əsgərovun banklardan birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən  hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd olunub.

Demokrat.az xəbər verir ki, Cahangir Əsgərov Manset.az-a açıqlamasında deyilənləri təkzib edib.

O bildirib ki, hazırda öz bağında istirahət edir:

“Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu yazanların məqsədi nədir? Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya – Şüvəlandakı bağıma gedəcəyəm.
Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan adamam. Xahiş edirəm, məndən əl çəksinlər. Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Bunlar manyakdırlar. Heç olmasa yazanda elə yazsınlar ki, inandırıcı olsun. Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın. Mənə toxunanları Allaha tapşırıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 15:41
08 avqust 2025, 13:03
Top