“Azərbaycan istənilən xarici təhdidlərə cavab vermək gücündədir. Azərbaycan MDB-də konfliktlərə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkədir. Bu, Azərbaycanın gücünü və xarici təhdidlərə cavab vermə imkanlarını göstərir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsində Rusiyanın gəliri daha çoxdur:

“Uzun müddət Rusiya idxalda Azərbaycanın ən böyük tərəfdaşı olub, artıq Çin idxalda ən böyük tərəfdaşımızdır. Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsinə diqqət yetirsək, Rusiyanın 2,4 milyard dollarlıq profisiti var. Bu, o deməkdir ki, əgər Rusiya və Azərbaycanın ticarət dövriyyəsi azalsa, bundan daha çox itirən tərəf rus iş adamları olacaq. Çünki rus iş adamları Azərbaycan bazarına daha çox məhsul ixrac edir, nəinki Azərbaycan iş adamları Rusiya bazarına.
Azərbaycan Rusiya ilə ticarət dövriyyəsində mənfi saldoya malikdir. Yəni biz daha az ixrac edirik, daha çox idxal edirik. Ümumilikdə isə əlaqələrin pisləşməsi hər iki tərəf üçün arzuolunan deyil. Rusiyanın ixrac payı daha çox olduğu üçün bu, Rusiyaya daxil olan valyuta həcminin azalmasına gətirib çıxara bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az